ArazNews
Ana Səhifə / Xəbər / Tramp bazar gününə qədər İranla savaş və ya razılaşma barədə qərar verəcək
Xəbər

Tramp bazar gününə qədər İranla savaş və ya razılaşma barədə qərar verəcək

 Tramp bazar gününə qədər İranla savaş və ya razılaşma barədə qərar verəcək


Donald Tramp şənbə günü danışıqlar komandası ilə İranın son cavabını müzakirə edəcəyini və böyük ehtimalla bazar gününə qədər savaşın yenidən başlaması və ya razılaşma ilə bağlı qərar verəcəyini açıqlayıb.

ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, Tramp İranla istədiyi razılaşmaya çatmaq və ya yenidən hərbi hücumlara başlamaq ehtimalını “tam əlli-əlli” kimi qiymətləndirib.


O bildirib ki, yalnız uranın zənginləşdirilməsi və İranın mövcud uran ehtiyatlarının taleyi kimi məsələləri əhatə edən razılaşmanı qəbul edəcək.


Məlumata görə, Stiv Vitkoff, Cared Kuşner və Cey Di Vens Trampın qərar toplantısında iştirak edəcəklər. Bu arada Tehranla Vaşinqton arasında vasitəçilik edən Pakistan ordusunun komandanı Asim Munir İran rəsmiləri ilə görüşdən sonra Tehranı tərk edib və Pakistan yekun razılaşma istiqamətində “ümidverici irəliləyiş” olduğunu açıqlayıb.


Tramp həmçinin deyib ki, iki ssenaridən biri baş verəcək: ya ABŞ İrana qarşı daha ağır hücumlar həyata keçirəcək, ya da Vaşinqtonun qəbul edə biləcəyi bir razılaşma əldə olunacaq. O, Benyamin Netanyahunun mümkün razılaşmadan narahat olmadığını da iddia edib.