Canlı İzlə Əlaqə
AraZ
NEWS
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İran / İran: ABŞ-la danışıqlar Pakistan kanalı ilə davam edir, Hörmüz üçün yeni mexanizm hazırlanır
İran

İran: ABŞ-la danışıqlar Pakistan kanalı ilə davam edir, Hörmüz üçün yeni mexanizm hazırlanır

 İran: ABŞ-la danışıqlar Pakistan kanalı ilə davam edir, Hörmüz üçün yeni mexanizm hazırlanır


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran Hörmüz boğazında təhlükəsiz keçidi təmin etmək üçün Oman və digər əlaqəli tərəflərlə yeni mexanizm üzərində daimi təmasdadır.


Araz News-un İRNA-ya istinadən verdiyi məlumata görə, Bəqai Hörmüz boğazının qlobal əhəmiyyət daşıdığını vurğulayaraq, İran və Omanı bu strateji su yolunun təhlükəsizliyinə cavabdeh iki sahilyanı ölkə kimi xarakterizə edib.


O, həmçinin ABŞ-ın İranın təklifini açıq şəkildə rədd etməsinə baxmayaraq, Pakistan vasitəçiliyi ilə Vaşinqtonun “islah edilmiş qeydləri”nin Tehrana çatdırıldığını və təklif mübadiləsinin davam etdiyini deyib.


Bəqai əlavə edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində uranı zənginləşdirmə hüququnu tanınmış haqq hesab edir və bu məsələnin müzakirə mövzusu olmadığını bildirib.