Canlı İzlə Əlaqə
AraZ
NEWS
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İran / Tramp: İran razılaşmasa, ABŞ hücumları daha da şiddətli olacaq
İran

Tramp: İran razılaşmasa, ABŞ hücumları daha da şiddətli olacaq

 Tramp: İran razılaşmasa, ABŞ hücumları daha da şiddətli olacaq


Donald Tramp Axios-a açıqlamasında xəbərdarlıq edib ki, İran rejimi razılaşma üçün daha yaxşı təklif təqdim etməsə, ABŞ İrana qarşı əvvəlkindən “çox daha şiddətli” hücumlar həyata keçirəcək.

ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, Tramp Vaşinqtonun hələ də müharibəni bitirəcək razılaşma istədiyini, amma Tehranın ABŞ-ın bir çox tələblərini rədd etdiyini və nüvə proqramı ilə bağlı ciddi güzəştlərə hazır olmadığını deyib. O bildirib: “Biz razılaşmaq istəyirik. Onlar bizim istədiyimiz nöqtədə deyillər. Ya ora çatacaqlar, ya da ağır zərbə alacaqlar.”


Tramp əlavə edib: “İran üçün saat işləyir. Çox tez hərəkət etmələri yaxşı olar, əks halda onlardan heç nə qalmayacaq.” İki ABŞ rəsmisinin sözlərinə görə, Tramp çərşənbə axşamı Ağ Evin Situasiya otağında yüksək səviyyəli milli təhlükəsizlik komandası ilə hərbi variantları müzakirə edəcək. O, bazar günü Benyamin Netanyahu ilə də İranla bağlı danışıb.


Axios həmçinin yazıb ki, Tramp şənbə günü Virciniyadakı qolf klubunda JD Vance, Steve Witkoff, Marko Rubio və CIA direktoru John Ratcliffe daxil olmaqla milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib. Eyni zamanda diplomatik təmaslar da davam edir.