CENTCOM: İranda 12 mindən çox hədəf vurulub

3 saat əvvəl 1 dəq oxu
CENTCOM: İranda 12 mindən çox hədəf vurulub


ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) İranla bağlı əməliyyatların başlanmasından bəri ölkə üzrə 12 min 300-dən çox hədəfin vurulduğunu açıqlayıb.


ArazNews xəbər verir ki, bu hücumlar 13 mindən çox döyüş uçuşunu əhatə edib. Məlumata görə, komanda mərkəzləri, SEPAH bazaları, kəşfiyyat obyektləri, hava hücumundan müdafiə sistemləri və raket sahələri əsas hədəflər arasında olub.


Hesabatda qeyd olunur ki, əməliyyatlar zamanı İranın 155-dən çox dəniz vasitəsi və avadanlığı məhv edilib və ya zədələnib.


Eyni zamanda, HRANA insan haqları təşkilatının məlumatına görə, bu qarşıdurmalar nəticəsində azı 1574 nəfər həyatını itirib; bu rəqəmə uşaqlar, hərbçilər və kimliyi təsdiqlənməmiş şəxslər daxildir.