Tramp: İran “daş dövrünə” qaytarıla bilər

4 saat əvvəl 1 dəq oxu
Tramp: İran “daş dövrünə” qaytarıla bilər


ABŞ prezidenti Donald Tramp bildirib ki, qarşıdakı 2–3 həftə ərzində İranın qalan infrastrukturlarına ağır zərbələr endirilə bilər.


ArazNews xəbər verir ki, Tramp Ağ Evdən canlı çıxışında hərbi əməliyyatların daha sərt mərhələyə keçdiyini deyib.


O iddia edib ki, ABŞ qüvvələri yaxın həftələrdə İranın strateji infrastrukturlarına “kəskin və sarsıdıcı” zərbələr endirəcək.


Tramp əlavə edib ki, bu əməliyyatların məqsədi İranın hərbi-strateji imkanlarını ciddi şəkildə zəiflətməkdir və bu çərçivədə onu “daş dövrünə qaytarmaq” ifadəsini işlədib.