prezidenti Donald Tramp bildirib ki, İranla müharibə “sona yaxınlaşır” və vəziyyət tədricən qarşıdurmaların bitməsinə doğru gedir.
ArazNews-un NBC News-a istinadən verdiyi məlumata görə, Tramp jurnalistlərə deyib: “Biz çox yaxşı irəliləyirik və bu müharibə sona yaxınlaşır.”O, həmçinin iddia edib ki, İranın hərbi gücü “ciddi şəkildə zəiflədilib” və ölkənin mövcud rəhbərlik strukturu əvvəlki dövrlə müqayisədə daha “məntiqli” və daha az “radikal” olub.
Tramp əlavə edib ki, İranın əvvəlki liderlərinin bir çoxu ABŞ və İsrail hücumları nəticəsində öldürülüb və bu, mövcud vəziyyətin dəyişməsində rol oynayıb.