BMT rəsmisi: Müharibə regiona 186 milyard dollar zərər vurdu, milyonlarla iş yeri itirildi

3 saat əvvəl 1 dəq oxu
 BMT rəsmisi: Müharibə regiona 186 milyard dollar zərər vurdu, milyonlarla iş yeri itirildi


ArazNews xəbər verir ki, BMT baş katibinin müavini Abdullah əl-Dərdəri davam edən müharibənin ərəb ölkələrinin iqtisadiyyatına indiyədək təxminən 186 milyard dollar zərər vurduğunu açıqlayıb.


O bildirib ki, münaqişə nəticəsində regionun ÜDM-i cəmi bir ay ərzində təxminən 6 faiz azalıb. Ən böyük iqtisadi zərərin Körfəz ölkələrinə dəydiyi və bu rəqəmin təxminən 168 milyard dollar olduğu qeyd olunub.


Əl-Dərdərinin sözlərinə görə, müharibə həmçinin regionda təxminən 3.7 milyon iş yerinin itirilməsinə səbəb olub və əlavə 4 milyona yaxın insanın yoxsulluq həddinə düşməsi ehtimalı var.


O, region iqtisadiyyatlarının neftə yüksək asılılığının bu böhran zamanı bir daha zəif tərəf kimi üzə çıxdığını vurğulayıb və Hörmüz boğazı böhranının bu strukturu daha da həssas etdiyini qeyd edib.