Rubio: “İran xalqı mükəmməldir, problem onları idarə edən rəhbərlərdədir”

1 saat əvvəl 1 dəq oxu
 Rubio: “İran xalqı mükəmməldir, problem onları idarə edən rəhbərlərdədir”


ABŞ dövlət katibi Marko Rubio son açıqlamasında İran xalqı ilə hakimiyyət arasında fərq qoyaraq bildirib: “İran xalqı çox yaxşıdır, problem onları idarə edən rəhbərlərdədir.”


ArazNews xəbər verir ki, Rubio İranda hakimiyyət strukturunda baş verən son dəyişikliklərə də toxunaraq deyib ki, əgər daha “məntiqli baxışa malik” şəxslər rəhbərliyə gəlibsə, bu, “bütün dünya üçün yaxşı xəbər” ola bilər.


O, eyni zamanda vurğulayıb ki, ABŞ belə bir dəyişikliyin baş verməməsi ehtimalına da hazır olmalıdır.


Bu açıqlamalar Vaşinqtonun İranla bağlı həm təzyiq, həm də diplomatiyanı birləşdirən siyasət apardığı və ölkədaxili proseslərə ehtiyatla yanaşdığı bir vaxta təsadüf edir.


Məlumatlara görə, ABŞ rəsmiləri mümkün dəyişikliklərə ümid etsələr də, yeni rəhbərliyin sülh yolunu seçəcəyinə dair heç bir təminat olmadığını bildirirlər.