Türkiyə: İrandan atılan ballistik raket zərərsizləşdirildi

1 saat əvvəl 1 dəq oxu
Türkiyə: İrandan atılan ballistik raket zərərsizləşdirildi


Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket NATO-nun hava və raket müdafiə sistemləri tərəfindən məhv edilib.


ArazNews xəbər verir ki, rəsmi bəyanata görə, əməliyyat zamanı NATO-nun bölgədə yerləşən sistemlərindən istifadə olunub və təhlükə mümkün hədəflərə çatmadan zərərsizləşdirilib.


Bəyanatda vurğulanıb ki, Türkiyə öz ərazisi və hava məkanına qarşı hər hansı təhdidə qarşı “qəti və tərəddüdsüz” şəkildə cavab verəcək və regiondakı hadisələri milli təhlükəsizlik prioriteti ilə izləyir.