Tramp: “İranda yeni rejimlə danışıqlar aparırıq”; razılaşma olmazsa enerji infrastrukturu məhv ediləcək
1 saat əvvəl
•
1 dəq oxu
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun “İranda daha məntiqli yeni rejim” kimi təsvir etdiyi tərəflə ciddi danışıqlar apardığını açıqlayıb.
ArazNews xəbər verir ki, Tramp Truth Social-da yazıb ki, bu danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunub. O, eyni zamanda xəbərdarlıq edib ki, əgər tezliklə razılaşma əldə olunmazsa və ya Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün açılmazsa, ABŞ İranın həyati əhəmiyyətli infrastrukturlarını hədəf alacaq.
Tramp bildirib ki, belə bir ssenaridə ABŞ qüvvələri “bütün elektrik stansiyalarını, neft quyularını, Xark adasını və ehtimal ki, duzsuzlaşdırma obyektlərini” tamamilə məhv edəcək. O əlavə edib ki, bu addım keçmiş illərdə ABŞ qüvvələrinin öldürülməsinə cavab olaraq atılacaq.