Əraqçi: ABŞ nümayəndəsindən birbaşa mesajlar almışam

3 saat əvvəl 1 dəq oxu
 Əraqçi: ABŞ nümayəndəsindən birbaşa mesajlar almışam


İran rejiminin xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffdan birbaşa mesajlar alıb, lakin bu əlaqələri “danışıqlar” kimi qiymətləndirməyib.


ArazNews-un Reuters və Al Jazeera-ya istinadən verdiyi məlumata görə, Əraqçi deyib ki, bu mesajlar “vasitəçilər və dostlar” vasitəsilə ötürülüb və ya təhdidlər, ya da fikir mübadiləsini əhatə edib.


O vurğulayıb ki, bu təmaslar rəsmi danışıqlar çərçivəsinə daxil deyil və İran ilə ABŞ arasında birbaşa danışıqlar kimi qəbul edilə bilməz. Əraqçi əlavə edib ki, “heç bir konkret tərəflə danışıqlar aparılmır” və “mesaj mübadiləsi dövlət və Milli Təhlükəsizlik Şurasının nəzarəti altında rəsmi çərçivədə həyata keçirilir”.


Əraqçi həmçinin bildirib ki, İran ABŞ-ın 15 bəndlik planına heç bir cavab verməyib və hər hansı təklif və ya şərt irəli sürməyib.