Axios: Tramp Sepah-a qarşı hücumların davam etməsini istəyir

1 saat əvvəl 1 dəq oxu
 Axios: Tramp Sepah-a qarşı hücumların davam etməsini istəyir


ArazNews-un məlumatına görə, ABŞ-ın Axios nəşrinə danışan məlumatlı bir mənbə bildirib ki, Donald Tramp rejim İran’a qarşı hərbi əməliyyatların ən azı daha 3–4 həftə davam etməsinə “həvəslidir” və bu əməliyyatların əsas diqqəti Sepah Pasdaran mövqelərinə qarşı davamlı hücumlara yönələcək.


Məlumata görə, bu mərhələdə məqsəd Sepah Pasdaran’ı zəiflətmək və bununla rejim İran’ın təhlükəsizlik və hərbi strukturlarının əsas sütununu sarsıtmaqdır. Bildirilir ki, bu strategiya İran daxilində mümkün bir daxili qiyam üçün şərait yaratmaq məqsədi daşıyır.


Mənbənin sözlərinə görə, planın əsasını Sepah Pasdaran mövqeləri və strukturlarına qarşı hədəfli və davamlı hücumlar təşkil edir. Bu yanaşma Sepahın repressiya qabiliyyətinin azalmasının ölkə daxilində vətəndaşların hakimiyyətə qarşı üsyan etməsi üçün zəmin yarada biləcəyi ehtimalına əsaslanır.