Zelenski: Şahed dronlarını əvvəl iranlı operatorlar idarə edirdi

1 saat əvvəl 1 dəq oxu
Zelenski: Şahed dronlarını əvvəl iranlı operatorlar idarə edirdi


Ukrayna prezidenti Volodimir Zelenski yeni açıqlamasında bildirib ki, “Şahed” kamikadze dronlarının ilk istifadəsi zamanı onların idarəsi rus qüvvələrinin əlində olmayıb.


ArazNews-un məlumatına görə, Zelenski deyib ki, bu dronların istehsal olunduğu ölkədən olan mütəxəssislər döyüş meydanında iştirak edərək rus qüvvələrinə real müharibə şəraitində təlim keçiblər.


O əlavə edib ki, İran ilə Rusiya arasında hərbi əməkdaşlıq rəsmi sənədlərdə görünəndən daha genişdir və bu əməkdaşlıq onların sahə əməliyyatlarında açıq şəkildə müşahidə olunur.