İranla gərginlik artır: ABŞ Yaxın Şərqdə çoxgünlük hərbi təlimlərə başlayır
ABŞ ordusu Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirmək və İranla artan gərginlik fonunda regionda çoxgünlük hava təlimləri keçirəcəyini elan edib. Bu təlimlərin məqsədi ABŞ Hərbi Hava Qüvvələrinin çətin şəraitdə yerləşmə, çevik hərəkət və döyüş tapşırıqlarını icra etmə qabiliyyətini yoxlamaqdır.
Araz News-un “CNN”ə istinadən verdiyi məlumata görə; ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələri komandanı, vitse-admiral Derek Frans bildirib ki, bu manevrlər ABŞ qüvvələrinə "çətin şəraitdə, təhlükəsiz və dəqiq şəkildə regional tərəfdaşlarla birlikdə əməliyyat keçirmək" imkanı verəcək.
Bu addım ABŞ Prezidenti Donald Trampın İrana doğru "nəhəng bir donanma"nın hərəkət etdiyini bildirməsindən və Tehranın danışıqlar masasına qayıtmayacağı təqdirdə hərbi müdaxilə variantının masada olduğu barədə xəbərdarlığından sonraya təsadüf edir.
Təlimlərin keçiriləcəyi dəqiq məkan və müddəti barədə məlumat açıqlanmayıb. Eyni zamanda, ABŞ-ın regiondakı bəzi müttəfiqləri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran rejiminə qarşı mümkün hücumda iştirak etməyəcəklərini bəyan ediblər.