İsrail xarici işlər naziri Bakıda: “İranda təsəvvürəgəlməz miqyasda qırğın baş verir”

1 saat əvvəl 1 dəq oxu
İsrail xarici işlər naziri Bakıda: “İranda təsəvvürəgəlməz miqyasda qırğın baş verir”


İsrailin xarici işlər naziri Bakıya səfəri zamanı İrandakı son repressiyaları “təsəvvürəgəlməz miqyasda qırğın” kimi xarakterizə edib və beynəlxalq birliyi İranın daxilində baş verənlərə reaksiya verməyə çağırıb. Gideon Saar bu bəyanatları bazar ertəsi (26 yanvar 2026-cı il) azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Araz News-un İsrail mənbələrinə istinadən verdiyi məlumata görə; Saar bildirib ki, “Ayətullahlar rejimi hazırda azadlıq uğrunda mübarizə aparan öz xalqını amansız zorakılıqla öldürür və repressiya edir”. O əlavə edib ki, İranda internetin kəsilməsinə baxmayaraq, zorakılıqlara dair sarsıdıcı görüntülər və məlumatlar sızmaqdadır. Nazir vurğulayıb ki, öz vətəndaşları ilə belə rəftar edən bir rejim, digər ölkələrə qarşı fərqli davrana bilməz və qeyd edib ki, “dünyanın ən radikal rejimi heç bir halda dünyanın ən təhlükəli silahına sahib olmamalıdır”.

İsrail xarici işlər naziri həmçinin Azərbaycan rəsmiləri ilə görüşündə ikitərəfli münasibətlərin gücləndirilməsi və regional prosesləri müzakirə edib. Saar prezident İlham Əliyevi İsrailə səfərə dəvət edib.