Ceyhun Bayramov: Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır

3 saat əvvəl 1 dəq oxu
Ceyhun Bayramov: Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır


Azərbaycan Respublikasının xarici işlər naziri İsrail ilə münasibətlərin getdikcə inkişaf etdiyini və bu əlaqələrin strateji xarakter daşıdığını bəyan edib. Ceyhun Bayramov bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Araz News-un "Müsavat"a istinadən verdiyi məlumata görə; Ceyhun Bayramov iki ölkə liderinin bu yaxınlarda Davos sammiti çərçivəsində keçirdiyi görüşə toxunaraq, xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin, hökumətlərarası təmasların və parlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, həmçinin Azərbaycandakı böyük yəhudi icmasının və İsraildəki geniş Azərbaycan diasporunun mövcudluğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri çıxışının sonunda Holokost qurbanlarının Anım Gününün yaxınlaşdığını xatırladaraq, bu tarixin həmin tarixi hadisənin qurbanlarına ehtiram göstərmək və onları yad etmək üçün bir fürsət olduğunu qeyd edib.