"Daily Mail" xəbər verir: Ölənlərin sayı 33 mini keçdi

5 saat əvvəl 1 dəq oxu
"Daily Mail" xəbər verir: Ölənlərin sayı 33 mini keçdi


Britaniyanın "Daily Mail" qəzetinin yaydığı məlumata görə, İranda hökumət əleyhinə etirazların yatırılması nəticəsində qurbanların sayı kəskin şəkildə artıb və ölənlərin sayı 33 min nəfəri ötüb. Bu rəqəm əvvəlki təxminlərdən iki dəfə çoxdur.

"Araz News"un həmin mediaya istinadən verdiyi məlumata görə, dekabrın 28-dən başlayan etirazlarda ölənlərin sayının daha əvvəl 16 500 ilə 18 000 arasında olduğu təxmin edilirdi, lakin yeni statistika hökumət qüvvələrinin zorakı müdaxiləsi nəticəsində təxminən 33 100 nəfərin həyatını itirdiyini göstərir.

Hesabata əsasən, ölənlərlə yanaşı 97 645 nəfər də yaralanıb. Alman-iranlı göz cərrahı, professor Əmirmübariz Parstannın araşdırmalarına görə, yaralıların təxminən 30 faizi ciddi göz zədələri alıb.

Tədqiqatçı həmçinin bildirib ki, İran hökuməti etirazçıları edam etməyə başlayıb. Xəstəxanaya yerləşdirilənlərlə bağlı məlumatlar göstərir ki, təkcə Tehran şəhərində 468 nəfər edam edilib; ölkə miqyasında isə bu rəqəm 500-ü keçir.