İran rejimi 16 nəfərin əmlakını müsadirə edir; Sərdar Azmunun adı da gündəmə gəldi

3 saat əvvəl 1 dəq oxu
 İran rejimi 16 nəfərin əmlakını müsadirə edir; Sərdar Azmunun adı da gündəmə gəldi


İranın Qolestan vilayətində prokurorluq “düşmənlə əməkdaşlıq” ittihamı ilə 16 nəfərin əmlakının müəyyən edildiyini və müsadirə prosesinin başladığını açıqlayıb.


ArazNews-un Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prokuror Mehdi Rəzagi-Nejad bildirib ki, bu şəxslər təhlükəsizlik və maliyyə qurumlarının iştirakı ilə araşdırılır və “casusluq və düşmən ölkələrlə əməkdaşlıq” maddələri əsasında əmlakları müsadirə olunacaq.


Eyni zamanda bəzi hökumətyönlü media orqanları futbolçu Sərdar Azmunun da əmlakının müsadirə edildiyini iddia edib. Lakin bu məlumat hələlik rəsmi mənbələr və ya futbolçunun özü tərəfindən təsdiqlənməyib.


Bundan əvvəl Fars agentliyi Azmunun BƏƏ rəhbərliyindən biri ilə görüş şəkillərini paylaşmasına görə milli komandadan uzaqlaşdırıldığını və onun barəsində hüquqi tədbirlərin mümkün olduğunu yazmışdı.