Canlı İzlə Əlaqə
AraZ
NEWS
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İnsan Haqları / Amnesty International: İran 2025-ci ildə 2 mindən çox edamla dünya rekordunu qırdı
İnsan Haqları

Amnesty International: İran 2025-ci ildə 2 mindən çox edamla dünya rekordunu qırdı

 Amnesty International: İran 2025-ci ildə 2 mindən çox edamla dünya rekordunu qırdı


Amnesty International bildirib ki, İran 2025-ci ildə azı 2 min 159 nəfəri edam edib. Təşkilat bu rəqəmi “misilsiz” adlandırıb və bunun 1981-ci ildən bəri İran üzrə qeydə alınan ən yüksək göstərici olduğunu açıqlayıb.


Bu rəqəm eyni zamanda 2025-ci ildə dünyada bir ölkə üzrə qeydə alınan ən yüksək edam sayı hesab olunur. Təşkilatın məlumatına görə, İranda edamların artması hökumət əleyhinə etirazlardan sonra, eləcə də İsrail və ABŞ ilə müharibə dövründə daha da sürətlənib və ölüm hökmündən “siyasi basqı və nəzarət aləti” kimi istifadə olunub.


Hesabata əsasən, 2025-ci ildə dünyada qeydə alınan ümumi edam sayı azı 2 min 707 olub ki, bu da 1981-ci ildən bəri ən yüksək səviyyədir. Çinə dair məlumatlar isə rəsmi statistikanın gizli saxlanıldığı üçün hesabatda yer almayıb.