ArazNews
Ana Səhifə / İnsan Haqları / Quşaçayda beş Azərbaycan fəalına həbs hökmü çıxarıldı
İnsan Haqları

Quşaçayda beş Azərbaycan fəalına həbs hökmü çıxarıldı

Quşaçayda beş Azərbaycan fəalına həbs hökmü çıxarıldı

Quşaçay (Miyanduab) şəhəristanında beş Azərbaycan fəalı həmin şəhəristanın 103 saylı cinayət məhkəməsi və inqilab məhkəməsi tərəfindən təzir həbsinə məhkum edilib.

Araş Kəhpur, Ramin İslami, Rza Pəhləvaniyan, Hüseyn Cavadzadə və Cəlal Kodrilov «sistemə qarşı təbliğat» və «ictimai narahatlıq yaratmaq məqsədilə yalan məlumat yaymaq» kimi ittihamlar əsasında hər biri 8 ay təzir həbsinə məhkum olunub.

Bu hökmlərin elan edildiyi dövrdə son həftələr ərzində Azərbaycan mülki fəallarına qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin artmasına dair çoxsaylı hesabatlar yayılmışdır.