ArazNews
Ana Səhifə / İran / CİA hesabatı: ABŞ-ın gecə hücumlarının İranı geri çəkilməyə məcbur etməsi ehtimalı azdır
İran

CİA hesabatı: ABŞ-ın gecə hücumlarının İranı geri çəkilməyə məcbur etməsi ehtimalı azdır

CİA hesabatı: ABŞ-ın gecə hücumlarının İranı geri çəkilməyə məcbur etməsi ehtimalı azdır

Washington Post ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni kəşfiyyat qiymətləndirməsindən xəbər verib. Həmin sənədə əsasən, ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi mövcud hücumların İran hökumətini mövqeyini dəyişməyə məcbur etməsi «ehtimaldan uzaqdır».

Washington Postun məlumatına görə, sazişin imzalanmasından sonra İslam İnqilab Keşikçiləri Korpusunun Oman sahillərinin yaxınlığında bir neçə ticarət gəmisinə hücum etməsinin ardından ABŞ ordusu 10 ardıcıl gecədir əsasən İranın cənubuna zərbələr endirir. Bununla belə, qəzet bir neçə keçmiş və hazırkı ABŞ rəsmisinə istinadən yeni qiymətləndirmədən xəbər verir. Həmin qiymətləndirməyə görə, bu gecə hücumlarının Tehranda «ciddi təsir» göstərməsi və ya hökuməti danışıqlarda mövqeyini dəyişməyə sövq etməsi ehtimalı azdır.

Həmin rəsmilərə görə, ABŞ kəşfiyyat qurumlarının, xüsusilə CİA-nın qiymətləndirməsinə əsasən, Tehran və Vaşinqton hazırda «müharibə ilə sülh arasında bir gözləmə mərhələsindədir» və bu hücumlar silsiləsinin vəziyyəti dəyişdirməsi az ehtimallıdır.