ArazNews
Ana Səhifə / İnsan Haqları / Dey ayı etirazçılarının edam edilməsi davam edir; İslam Respublikası Mehdi Xankini edam etdi
İnsan Haqları

Dey ayı etirazçılarının edam edilməsi davam edir; İslam Respublikası Mehdi Xankini edam etdi

Dey ayı etirazçılarının edam edilməsi davam edir; İslam Respublikası Mehdi Xankini edam etdi

İslam Respublikasının məhkəmə orqanına aid "Mizan" xəbər agentliyi 1404-cü ilin dey ayı etirazları zamanı həbs edilmiş etirazçılardan biri olan Mehdi Xankinin edam hökmünün icra edildiyi barədə xəbər verib.

Həmin məlumata görə, Xanki 1404-cü il bəhmənn ayının 21-də Kərəc şəhərindəki şəxsi evində həbs edilmişdi.

İslam Respublikasının məhkəmə orqanı ona irəli sürülən ittihamları «İsrail, ABŞ və düşmən qrupların xeyrinə əməliyyat fəaliyyəti» və «hazır vəziyyətdə çiyin atarı silah istehsalı» kimi səciyyələndirmişdi. Həmin qurum bildirib ki, Xanki edam hökmünə əlavə olaraq bütün əmlakının müsadirəsinə də məhkum edilmişdi.