İran İslam İnqilabı Keşikçi Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, korpusun qüvvələri Küveytdəki Əhməd əl-Cabir hərbi bazasında yerləşən ABŞ-a məxsus radar və hava müdafiə sistemlərini hədəf alaraq məhv edib.
Bəyanata görə, həmin hücumlar zamanı bir erkən xəbərdarlıq radarı, bir raket müdafiəsi radar sistemi, bir FPS-117 radarı, bir Patriot hava müdafiə sistemi və ABŞ-ın hava müdafiəsinə aid peyk rabitə sistemi vurulub.
Keşikçi Korpusu həmçinin iddia edib ki, bu «radar təmizləməsi» əməliyyatından sonra ABŞ daha güclü pilotsuz uçuş aparatı və raket hücumları dalğasını gözləməlidir.