Canlı İzlə Əlaqə
AraZ
NEWS
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İnsan Haqları / Kəşfiyyat Nazirliyinin iddiası: 5 nəfər öldürüldü, 19 nəfər “düşmənlə əməkdaşlıq” ittihamı ilə saxlanıldı
İnsan Haqları

Kəşfiyyat Nazirliyinin iddiası: 5 nəfər öldürüldü, 19 nəfər “düşmənlə əməkdaşlıq” ittihamı ilə saxlanıldı

 Kəşfiyyat Nazirliyinin iddiası: 5 nəfər öldürüldü, 19 nəfər “düşmənlə əməkdaşlıq” ittihamı ilə saxlanıldı


İranın Kəşfiyyat Nazirliyi 5 vətəndaşın “separatçı terrorçu” adı ilə öldürüldüyünü və daha 19 nəfərin “ABŞ-İsrail düşməni ilə əməkdaşlıq” ittihamı ilə saxlanıldığını açıqlayıb.


ArazNews xəbər verir ki, yayılmış bəyanatda öldürülən şəxslərin bomba yerləşdirməkdə ittiham olunduğu və bunun nəticəsində 1 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı iddia edilib.


Bildirilib ki, saxlanılanlardan 10 nəfər Xuzistanda, 3 nəfər Ərdəbildə, digər 6 nəfər isə müxtəlif vilayətlərdə silahlı hücumlarda iştirak və ya həssas mərkəzlərdən məlumat toplamaq ittihamı ilə tutulub.