Türkiyə və Fransa İrandakı hadisələri, Avropa təhlükəsizliyi və NATO-nu müzakirə ediblər

3 saat əvvəl 1 dəq oxu
Türkiyə və Fransa İrandakı hadisələri, Avropa təhlükəsizliyi və NATO-nu müzakirə ediblər


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada fransalı həmkarı Jan-Noel Barro ilə keçirdiyi birgə mətbuat konfransında İrandakı proseslərin Avropanın təhlükəsizlik məsələləri ilə yanaşı, danışıqların ana mövzularından biri olduğunu bildirib.

Fidanın sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, İranın daxili və regional vəziyyətinin doğurduğu nəticələr, habelə bunun Yaxın Şərqin sabitliyinə və Avropanın təhlükəsizliyinə təsiri barədə fikir mübadiləsi aparıblar. Nazir vurğulayıb ki, İrandakı hadisələr Suriya, Qəzza, Şərqi Aralıq dənizinin təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsi kimi kritik mövzularla birlikdə təsir imkanına malik ölkələr arasında daimi koordinasiya və dialoq tələb edir.

Türkiyə XİN rəhbəri hər iki ölkənin NATO-dakı roluna diqqət çəkərək əlavə edib ki, Avropanın təhlükəsizliyi İranın vəziyyəti də daxil olmaqla, ətraf regionlardakı proseslərlə birbaşa bağlıdır. O, bu məsələdə Ankara və Parisin üzərinə ortaq məsuliyyət düşdüyünü qeyd edib.