Donald Trampdan İrana növbəti xəbərdarlıq: ABŞ-ın nəhəng hərbi donanması hərəkətə keçdi
ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında paylaşdığı mesajda İrana doğru "nəhəng hərbi donanma"nın yola düşdüyünü bəyan edib və yeni bir saziş əldə olunmayacağı təqdirdə bunun ağır nəticələri olacağı barədə xəbərdarlıq edib.
Araz News-un məlumatına görə, Tramp bu donanmanın "sürət, güc və aydın məqsədlə" hərəkət etdiyini və ona "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyini bildirib. Onun sözlərinə görə, bu donanma miqyasına görə əvvəllər Venesuelaya göndərilmiş donanmadan daha böyükdür.
ABŞ Prezidenti vurğulayıb ki, bu addımın məqsədi İranı danışıqlar masasına qaytarmaq və nüvə silahının əldə edilməsinin qarşısını almaq şərti ilə "ədalətli və dürüst" bir razılaşmaya nail olmaqdır. O, həmçinin xəbərdarlıq edib ki, razılaşma baş tutmasa, hərbi müdaxilə ehtimalı gündəmdədir.
Tramp çıxışında keçmişdə baş vermiş və "Gecəyarı Çəkici" (Operation Midnight Hammer) adlandırdığı əməliyyata toxunaraq bildirib ki, həmin vaxt İranda "genişmiqyaslı dağıntılar" baş verib və "növbəti hücum daha şiddətli ola bilər". O, mesajının sonunda İrana "razılaşın" deyərək müraciət edib və vaxtın daraldığını vurğulayıb.