çərşənbə, 25 noyabr 2026
İran

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iddiası: Hörmüz boğazında iki neft tankeri minaya toxunaraq alovlanıb

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iddiası: Hörmüz boğazında iki neft tankeri minaya toxunaraq alovlanıb

Hörmüz boğazının cənub və şərq sahillərində iki neft tankeri dəniz minasına toxunduqdan sonra partlayıb, onların mühərrik bölməsində yanğın baş verib. Xəbəri yayan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri hadisənin çərşənbə günü, 25 noyabr (4 azər) səhərin erkən saatlarında baş verdiyini açıqlayıb.

SEPAH-ın iddiasına görə, bu iki gəmi «gizli şəkildə» hərəkət edirmiş və İslam Respublikasının icazəsiz saydığı marşrutdan keçmək istəyirmiş. Tankerlərin kimliyi, bayrağı və heyət üzvlərinin vəziyyəti açıqlanmayıb, onların minaya toxunması ilə bağlı iddia da müstəqil şəkildə təsdiqlənməyib.

Vaşinqton İslam Respublikasını nüvə razılaşmasına məcbur etmək üçün İran limanlarının dəniz blokadasını davam etdirir. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi çərşənbə axşamı Vaşinqtonun üç şərtini açıqlayıb: nüvə silahına sahib olmamaq, zənginləşdirilmiş urandan imtina etmək və Hörmüz boğazı üzərində nəzarəti təhvil vermək.

Bu xəbəri paylaşın