İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, siyasi rəqibləri yeni hökumət qurmağa nail olsalar belə, o, siyasətdən getməyəcək və həmin hökuməti devirmək üçün səy göstərəcək.
İsrailin «Yediot Aharonot» qəzetinin məlumatına görə, Netanyahu 23 noyabr, bazar ertəsi «Likud» partiyasının fraksiya iclasında deyib: «Hətta pis hökumət qurulsa belə, İsrail müdafiəsiz qalmayacaq. Biz onu devirəcəyik».
Bu açıqlamalar müxalifət lideri Qadi Ayzenkotun yeni hökumət qurmağa çalışdığı və İsrail hökumətinin gələcəyi ilə bağlı danışıqların davam etdiyi bir vaxtda səslənib.
Netanyahu vurğulayıb ki, baş nazir postunu itirəcəyi halda belə, «Likud» partiyasının rəhbərliyini qoruyub saxlayacaq və siyasi arenadan çəkilməyəcək.