bazar ertəsi, 23 noyabr 2026
Bölgə

Türkiyə təhlükəsizlik mənbələri: PKK İran sərhədi yaxınlığındakı Hakurkda daha 14 bazanı boşaldıb

Türkiyə təhlükəsizlik mənbələri: PKK İran sərhədi yaxınlığındakı Hakurkda daha 14 bazanı boşaldıb

PKK İraqın şimalında, İran sərhədi yaxınlığında yerləşən dağlıq Hakurk bölgəsindəki daha 14 bazasını və sığınacağını boşaldıb. Türkiyə təhlükəsizlik mənbələri noyabrın 23-də, bazar ertəsi günü bu bazaların noyabrın 18-də boşaldıldığını bildirib.

Boşaldılan mövqelər arasında iki sursat anbarı, bir xəstəxana, dərzi emalatxanası və «sahə rəhbərliyi» adlanan qərargah var. Türkiyə Milli Müdafiə Nazirliyi bu ərazilərdəki mağaraları və sığınacaqları istifadəyə yararsız hala gətirəcək.

Qruplaşma bundan əvvəl, oktyabrın 8-də də Metina və Baze bölgələrindəki bazaları tərk etmişdi. Həmin mənbələrin sözlərinə görə, bu boşaltmalar PKK-nın tərksilah prosesində irəliləyiş olduğunu göstərir və regiondakı ölkələrin siyasi sabitliyinə və təhlükəsizliyinə töhfə verir.

Bu xəbəri paylaşın