Məşhəd Şəhər Şurası İslam Respublikasının həlak olmuş prezidenti İbrahim Rəisinin «Beynəlxalq fondu»na ümumi büdcədən 100 milyard tümən verilməsini istəyir və bu vəsaitin ayrılmasında israr edir.
Fondun Qəyyumlar Şurasına Cəmilə Ələmülhuda rəhbərlik edir. O, Rəisinin həyat yoldaşı və Məşhədin nüfuzlu ruhanisi Əhməd Ələmülhudanın qızıdır. Fondun bəyan edilmiş məqsədi Rəisinin «düşüncələri və idarəçilik üsulu» adlandırılan baxışları təbliğ etməkdir.
Rəisi prezident olmazdan əvvəl Məşhəddəki Astane-Qodse-Rəzəvinin tovliyətçisi olub. O, 2024-cü ilin mayında xarici işlər naziri Hüseyn Əmirabdullahiyan və digər bir neçə rəsmi ilə birlikdə Şərqi Azərbaycanın Vərzəqan yüksəkliklərində helikopter qəzası nəticəsində həlak olub.