bazar ertəsi, 23 noyabr 2026
Bölgə

İsrail ordusunun hərbi kəşfiyyatı Netanyahuya: İrana yenidən hücum çoxcəbhəli müharibəyə səbəb ola bilər

İsrail ordusunun hərbi kəşfiyyatı Netanyahuya: İrana yenidən hücum çoxcəbhəli müharibəyə səbəb ola bilər

İrana yenidən hücum İsraili çoxcəbhəli müharibəyə sürükləyə bilər. İsrail ordusunun hərbi kəşfiyyat rəsmiləri ötən həftə qapalı iclasda Benyamin Netanyahunu bu barədə xəbərdar ediblər. İsrail mediasının məlumatına görə, onlar Hizbullah ilə qarşıdurmanın alovlanacağından, eləcə də Suriya və Qəzzada gərginlik yaranacağından danışıblar.

Bu qiymətləndirmə Netanyahunun və Mossadın rəhbəri Roman Qofmanın proqnozları ilə ziddiyyət təşkil edir. Onlar 4-7 gün davam edəcək məhdud hücumları nəzərdə tuturlar. İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir də daha əvvəl İsraildəki siyasi qeyri-müəyyənliyi və ABŞ-ın marağının azalmasını nəzərə alaraq, hazırkı şəraitdə hücumu qeyri-mütənasib adlandırmışdı.

Tramp ən azı yeni miladi ilinədək diplomatiyaya şans verəcəyini deyib. O, İslam Respublikasının danışıqçılarını vaxt uzatmaqda ittiham edib və razılaşma əldə olunmayacağı təqdirdə yeni ildən sonra hücumları bərpa etməyə meylli olduğunu bildirib.

Bu xəbəri paylaşın