bazar, 22 noyabr 2026
Bölgə

İordaniya İslam Respublikasının Bəhreyndəki sənaye mərkəzinə hücumunu pisləyib; Amman: Bu hücum Bəhreynin suverenliyinin pozulmasıdır

İordaniya İslam Respublikasının Bəhreyndəki sənaye mərkəzinə hücumunu pisləyib; Amman: Bu hücum Bəhreynin suverenliyinin pozulmasıdır

İordaniya Xarici İşlər Nazirliyi Bəhreyndəki mülki sənaye obyektinə İran İslam Respublikası tərəfindən edildiyi bildirilən hücumu kəskin şəkildə pisləyib. Nazirlik hücumu «gərginliyin təhlükəli şəkildə artması» və bu ölkənin suverenliyinin açıq şəkildə pozulması kimi dəyərləndirib.

İordaniyanın rəsmi xəbər agentliyi Petra-nın məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, Bəhreynin mülki obyektlərinə hücum beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulmasıdır.

Nazirlik həmçinin Bəhreynlə tam həmrəy olduğunu bildirib və bu ölkənin öz təhlükəsizliyini, suverenliyini və vətəndaşlarını qorumaq üçün atdığı addımları dəstəklədiyini açıqlayıb.

Reuters agentliyinin xəbərinə görə, Bəhreyn Daxili İşlər Nazirliyi hücum nəticəsində sənaye mərkəzində yanğın baş verdiyini və maddi ziyan dəydiyini, lakin insan tələfatı olmadığını açıqlayıb.

Bu xəbəri paylaşın