çərşənbə, 18 noyabr 2026
Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hanq Kao: İranla müharibədə istifadə müddəti bitmiş sursatları yeni kodla tətbiq etdik

ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hanq Kao: İranla müharibədə istifadə müddəti bitmiş sursatları yeni kodla tətbiq etdik

ABŞ qüvvələri İranla müharibədə istifadə müddəti bitmiş sursatlarının bir hissəsini status kodunu dəyişdirərək yenidən döyüş meydanına çıxarıb. ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hanq Kao bunu 17 noyabr, çərşənbə axşamı Senatın Silahlı Qüvvələr Komitəsində namizədliyinin müzakirəsinə həsr olunmuş dinləmədə açıqlayıb. Donald Tramp onu bu vəzifəyə daimi olaraq namizəd göstərib.

Kao müasir və bahalı sursatların geniş miqyasda istifadəsi ilə bağlı suala cavabında «Epik qəzəb» əməliyyatında istifadə olunan sursatların çoxunun yenidən kodlaşdırıldığını deyib. Bu sursatlar istifadə müddətinin başa çatdığını bildirən «Eko» və «Fokstrot» kodlarına malik olub. O, istifadə müddəti bitmiş sursatları üzərinə bir az su çiləyib 15 saniyə mikrodalğalı sobada qızdırdıqdan sonra yenidən yeməli hala gələn «bayat çörəyə» bənzədib.

ABŞ prezidenti daha əvvəl Truth Social platformasında ölkə ordusunda sursat çatışmazlığı olduğunu təkzib edərək bu iddianı irəli sürənləri «qorxaqlar və xainlər» adlandırmışdı.

Bu xəbəri paylaşın