İslam Respublikasının ABŞ ərazisində törədəcəyi istənilən hücum görünməmiş cavabla qarşılaşacaq. ABŞ prezidenti Donald Tramp bu xəbərdarlığı noyabrın 17-də, çərşənbə axşamı Filippinin paytaxtı Manilada edib. Onun xəbərdarlığı Tehranın Vaşinqtonda «çirkli bomba» ilə hücum planlaşdırması ehtimalı barədə xəbərə reaksiya olub.
Bu xəbərdarlıq kəşfiyyat mənbələrinin yaxınlaşan hücuma dair hər hansı əlamət barədə məlumat vermədiyi bir vaxtda səsləndirilib. Ağ Ev də ABŞ ərazisinə qarşı etibarlı və konkret təhdidin aşkarlanmadığını açıqlayıb.
Tramp jurnalistlərə deyib: «Əgər belə bir hadisə baş versə, onlar indiyədək heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcəklər». Onun sözlərinə görə, Vaşinqton bu məsələyə «çox ciddi» yanaşır, çünki İslam Respublikasının rəhbərləri «dəlidirlər» və məhz bu səbəbdən nüvə silahı əldə etməməlidirlər.