çərşənbə axşamı, 17 noyabr 2026
Dünya

The Guardian: Rusiya və Səudiyyə Ərəbistanı tarixən dünyanın ən böyük karbon çirklənməsi ixracatçılarıdır

The Guardian: Rusiya və Səudiyyə Ərəbistanı tarixən dünyanın ən böyük karbon çirklənməsi ixracatçılarıdır

Qalıq yanacaq ixracı ilə bağlı aparılan yeni araşdırma göstərir ki, ixrac etdikləri yanacaqdan yaranan karbon dioksid emissiyasında tarix boyu ən böyük paya malik ölkələr Rusiya, Səudiyyə Ərəbistanı və Avstraliyadır.

The Guardian qəzetinin xəbərinə görə, Carbon Brief təşkilatının araşdırması göstərir ki, 1850-ci ildən 2025-ci ilin sonunadək Rusiyanın ixrac etdiyi yanacaq 70 milyard tondan çox karbon dioksid emissiyasına səbəb olub.

Səudiyyə Ərəbistanı təxminən 60 milyard ton, Avstraliya isə 25 milyard tondan çox göstərici ilə sonrakı yerləri tutur.

Bu nəticələr Türkiyənin Antalya şəhərində COP31 iqlim sammitinin keçirildiyi vaxt açıqlanıb. Sammitdə qalıq yanacaq istehlakının azaldılması və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları davam edir.

Bu xəbəri paylaşın