Çin bir neçə ay ərzində neft ehtiyatlarından istifadə etdikdən sonra yenidən xam neftin ehtiyata yığılmasına başlayıb. Bu addım ölkənin neft məhsulları ixracının artırılması üçün zəmin yarada bilər.
Reuters agentliyinin təhlilinə istinadən bildirilir ki, Çinin oktyabr ayında neft emalı zavodlarının istehlakından artıq gündəlik təxminən 490 min barel xam nefti olub.
Bu ay Çinin neft idxalı gündəlik 9,88 milyon barelə çatıb. Bununla belə, neft emalı zavodlarının fəaliyyəti hələ də onların gücündən aşağı səviyyədə qalır.
Bu dəyişiklik İran müharibəsinin və neft daşıma marşrutlarındakı fasilələrin qlobal enerji bazarına təzyiq göstərdiyi bir vaxtda baş verir.
Reuters-in yazdığına görə, Çin neft emalı zavodlarının fəaliyyətini artırsa və dövlət icazələri verilsə, yanacaq, xüsusilə dizel yanacağı ixracını artıra və bazardakı yüksək gəlirdən faydalana bilər.