çərşənbə axşamı, 17 noyabr 2026
Xəbər

Serbiyada tələbələrin tarixi qələbəsi: Vuçiçin 14 illik hakimiyyəti sona çatdı

Serbiyada tələbələrin tarixi qələbəsi: Vuçiçin 14 illik hakimiyyəti sona çatdı

Serbiyada seçkiləri qazanan tələbə hərəkatı bu gün, 17 noyabrda 140 deputatı ilə parlamentə daxil olur. Ölkə siyasətində yeni səhifə açılır.

Araz News-un "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, geniş xalq etirazlarından doğan «Tələbə siyahısı» hərəkatı oktyabr seçkilərində Aleksandr Vuçiçin Serbiya Tərəqqi Partiyasını məğlub edib və bu partiyanın 14 illik hakimiyyətinə son qoyub.

Yeni deputatların əksəriyyəti universitet müəllimləri, hüquqşünaslar, həkimlər və vətəndaş fəallarıdır. Hazırda onlar hökumət qurmağa hazırlaşırlar.

Lakin Vuçiç yeni vəziyyətə müxaliflərini sərt dillə tənqid edərək cavab verir. Serbiyada yeni gərginlik və etiraz ehtimalı hələ də qalır.

Bu xəbəri paylaşın