Müctəba Xameneyi əmr verərək İslam Respublikasının silahlı qüvvələrinə ehtiyac olarsa, «coğrafi məhdudiyyət olmadan» əməliyyat keçirməyə icazə verib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının ali müşaviri Məhəmmədrza Nəqdi noyabrın 11-də, çərşənbə günü verdiyi müsahibədə bu icazənin verildiyini açıqlayıb.
Nəqdinin sözlərinə görə, bu əmr silahlı qüvvələri «istənilən coğrafiyada və şəraitdə» əməliyyata hazır vəziyyətə gətirib və cavab vermək üçün onların əlini açıq qoyub. O əlavə edib ki, bu icazəyə əsasən qarşı tərəf «ən kiçik səhvə» yol versə, silahlı qüvvələr dünyanın özlərinin seçdikləri istənilən nöqtəsində əməliyyata başlaya bilər.
G7 ölkələrinin xarici işlər nazirləri də Paris görüşünün yekun bəyanatında İslam Respublikasının üzv ölkələrin vətəndaşlarına qarşı və bu ölkələrin ərazisində zorakı sui-qəsd planlarındakı rolundan ciddi narahatlıq ifadə ediblər. Böyük Britaniya sentyabrın 27-də Feyrford hava bazasında baş verən hadisədə İslam Respublikasını günahlandırıb.