çərşənbə, 11 noyabr 2026
İran

G7 xarici işlər nazirləri Paris görüşündə: İslam Respublikası heç vaxt nüvə silahı əldə etməməlidir

G7 xarici işlər nazirləri Paris görüşündə: İslam Respublikası heç vaxt nüvə silahı əldə etməməlidir

İslam Respublikası heç vaxt nüvə silahı əldə etməməlidir. Bu xəbərdarlıq G7 xarici işlər nazirlərinin noyabrın 9-10-da Parisdə keçirilən görüşün yekununda qəbul etdikləri birgə bəyanatda əksini tapıb. Qrupun üzvləri vurğulayıblar ki, diplomatiya nəticə verməsə, İran hakimiyyətinə iqtisadi və siyasi təzyiqi koordinasiyalı şəkildə davam etdirəcəklər.

Bəyanatda İslam Respublikasının qonşu ölkələrə və Hörmüz boğazındakı ticarət gəmilərinə hücumları pislənib, nazirlər bu su yolunda hər hansı rüsum tutulmasını qəbul etməyiblər. Onlar dəniz nəqliyyatının bərpası məqsədilə CENTCOM-un, həmçinin Fransa və Böyük Britaniyanın çoxmillətli təşəbbüsünün minatəmizləmə və gəmiləri müşayiət etmə fəaliyyətini dəstəkləyiblər.

G7 2025-ci ilin sentyabrında "snapback" mexanizmi ilə bərpa olunan BMT sanksiyalarının tam icrasına çağırıb. Bu ölkələr Tehrandan həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığı bərpa etməyi və regiondakı silahlı qruplara dəstəyi dayandırmağı tələb ediblər.

Bu xəbəri paylaşın