Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai İslam Respublikasının ABŞ-ın Avropadakı hərbi bazalarını da hədəfə ala biləcəyi ilə hədələyib. Onun sözlərinə görə, Amerika təyyarələri İranı bombalamaq üçün uzaqdakı hər hansı bazadan havaya qalxarsa, həmin baza hədəfə alınacaq. Rzai bu bazalara ev sahibliyi edən ölkələri də İrana qarşı heç bir hücumla əməkdaşlıq etməmək barədə xəbərdar edib.
Ali Milli Təhlükəsizlik Şurasının katibi Tehranın əvvəlki məhdudiyyətlərini aradan qaldırdığını və yeni müharibədə bundan da çoxunu kənara qoyacağını iddia edib. O, həmçinin silahlı qüvvələrin elektron müharibə vasitəsilə Amerika pilotsuz uçuş aparatlarını nəzarətə götürüb yerə endirə biləcəyini iddia edib.
Rzainin sözlərinə görə, zənginləşdirilmiş materialın hətta bir zərrəsi belə İrandan çıxarılmayacaq və Tehran bunu Rusiyaya da bildirib. O deyib ki, bu material nüvə gəmisi və nüvə sualtı qayığının inşasında istifadə olunur. Rzai regiondakı bütün cəbhələrdə, xüsusilə də Livanda müharibənin sona çatmasını Tehranın əsas şərtlərindən biri adlandırıb.