İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-dakı seçkilərin nəticələrinə münasibət bildirərək X sosial şəbəkəsində yazıb: «Amerika xalqı müharibəyə "yox" dedi və biz də onlarla razıyıq».
Bu paylaşım çərşənbə günü, noyabrın 4-də, demokratların ABŞ-dakı aralıq seçkilərdə qələbəsi bəlli olduqdan sonra yayımlanıb.
Qalibaf daha sonra yazıb: «Əgər ABŞ hökuməti öz xalqını nəzərə almayıb maliyyə himayədarlarının və beynəlxalq reketçilərin istəklərinə boyun əymək istəsə, bizim müharibəyə "yox" cavabımız Amerika üçün kabusa çevriləcək».