Hörmüz boğazında üç neft tankerində noyabrın 3-də, çərşənbə axşamı səhər tezdən partlayış baş verib və güclü yanğın başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri yaydığı bəyanatda bu gəmiləri «qanunpozan» adlandırıb. SEPAH-ın iddiasına görə, tankerlər naviqasiya və identifikasiya sistemlərini söndürübmüşlər və «icazəsiz marşrutlardan» keçərkən dəniz minasına toxunublar.
Partlayışlar Qeşm adasında baş verən toqquşmadan bir neçə saat sonra qeydə alınıb. ABŞ rəsmilərindən biri bildirib ki, bazar ertəsi axşam SEPAH bu adadan raket atıb, cavab olaraq ABŞ-ın qırıcı təyyarəsi SEPAH-ın «yer-hava» tipli raket buraxılış qurğusunu məhv edib. Vaşinqton bu addımı məhdud və müdafiə xarakterli adlandırıb.
«Keyhan» qəzeti də hədələyib ki, müharibə bərpa olunarsa, ABŞ və NATO-nun İtaliya, Böyük Britaniya, Rumıniya, Kipr və Yunanıstandakı bazaları raket zərbələrinin hədəfinə çevriləcək. İslam Respublikasının raketlərinin açıqlanan uzaqvuruşluğu təxminən 2 min kilometrdir.