Hörmüz boğazında cəmi 9 gün ərzində 11 tanker yanıb, onlardan bəziləri batıb. Bu iddianı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri noyabrın 2-də, bazar ertəsi X sosial şəbəkəsində yaydığı bəyanatda irəli sürüb.
SEPAH bu müddətin başlanğıcı kimi oktyabrın 25-ni göstərib. Həmin gün ABŞ ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper Hörmüz boğazına səfər edib. Hərbi qurum Kuperin səfərini «nümayişkaranə» adlandırıb, zədələnmiş tankerləri isə «qaydapozan» kimi qələmə verib.
Eyni zamanda İranın daxili mediası Hörmüz boğazının şərq hissəsində daha bir tankerin minaya toxunduqdan sonra alovlandığını xəbər verib. İslam Respublikası da, ABŞ da bu strateji su yoluna nəzarət etdiklərini iddia edir.