ArazNews
Ana Səhifə / İran / Bəlucistanda silahlı hücum: Kalqanda SEPAH-ın iki əməkdaşı öldürülüb
İran

Bəlucistanda silahlı hücum: Kalqanda SEPAH-ın iki əməkdaşı öldürülüb

Bəlucistanda silahlı hücum: Kalqanda SEPAH-ın iki əməkdaşı öldürülüb

Silahlı şəxslər bu gün, 11 aban (2 noyabr), bazar ertəsi SEPAH qüvvələrini daşıyan "Toyota Hilux" avtomobilinə hücum ediblər. Hücum Gülşən rayonunun ərazisindəki Kalqan bölgəsində baş verib. İlkin məlumata görə, avtomobildə üç nəfər olub. Onlardan ikisi öldürülüb, üçüncüsü isə ağır yaralanıb.

Avtomobildə olanların kimliyi və vəzifələri hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Bununla belə, öldürülənlərdən birinin Kalqan sərhəd məntəqəsinin rəisi olduğu ehtimal edilir.

Kalqandakı hücum Saravan rayonunda daha bir təhlükəsizlik hadisəsinin baş verdiyi barədə səhər saatlarında xəbər yayıldığı gün baş verib.