ArazNews
Ana Səhifə / İran / «Keyhan» qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari: Tehran ABŞ-ın 400 kiloqram uranın durulaşdırılması tələbini rədd edib
İran

«Keyhan» qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari: Tehran ABŞ-ın 400 kiloqram uranın durulaşdırılması tələbini rədd edib

«Keyhan» qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari: Tehran ABŞ-ın 400 kiloqram uranın durulaşdırılması tələbini rədd edib

İslam Respublikasının rəsmiləri ABŞ-ın 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranın durulaşdırılması və nüvə obyektlərində yoxlama aparılması tələbini rədd ediblər. Bu barədə «Keyhan» qəzetinin baş redaktoru və İslam Respublikası rəhbərinin bu qəzetdəki nümayəndəsi Hüseyn Şəriətmədari noyabrın 2-də, bazar ertəsi yazıb.

Onun yazdığına görə, Vaşinqton Qətərin vasitəçiliyi ilə davam edən danışıqlarda nüvə proqramının da danışıqların bir hissəsi olmasında israr edir. Bu ehtiyatın İranın daxilində və ya üçüncü bir ölkədə durulaşdırılması, eləcə də obyektlərdə yoxlama aparılmasına icazə verilməsi ABŞ-ın tələblərinin əsasını təşkil edir. Şəriətmədari əlavə edib ki, hakimiyyət rəsmiləri Müctəba Xameneyinin baxışlarına əsaslanaraq bu planı qətiyyətlə rədd edib və Tehranın irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsində israr edirlər.

«Keyhan»ın baş redaktoru həmçinin iddia edib ki, ABŞ nüvə şərtini irəli sürməklə İrana hücum üçün bəhanə axtarır.