ArazNews
Ana Səhifə / Bölgə / İranın Zəngəzur marşrutu ilə bağlı narahatlığı: Tehran Zəngəzur marşrutu üçün iki şərt irəli sürüb
Bölgə

İranın Zəngəzur marşrutu ilə bağlı narahatlığı: Tehran Zəngəzur marşrutu üçün iki şərt irəli sürüb

İranın Zəngəzur marşrutu ilə bağlı narahatlığı: Tehran Zəngəzur marşrutu üçün iki şərt irəli sürüb

İslam Respublikasının Ermənistandakı səfiri Xəlil Şirğulami «Tramp marşrutu» (TRIPP) layihəsinin həyata keçirilməsi üçün iki şərt irəli sürüb. Onun sözlərinə görə, İran-Ermənistan sərhədində heç bir xarici hərbi qüvvə yerləşdirilməməlidir. Səfirin ikinci şərti isə sərhəd bölgələrindən İrana hər hansı təhdid yönəlməməsidir.

Şirğulami siyasi vəd əvəzinə konkret icra təminatı tələb edib. Onun sözlərinə görə, layihə Ermənistanın suverenliyi qorunmaqla həyata keçirilməli, bu ölkənin yurisdiksiyasından kənarda heç bir keçid yaradılmamalıdır. O, layihənin təfərrüatları ilə bağlı İrəvanla danışıqlar aparmaq üçün xüsusi mexanizm yaradılmasını da istəyib.

Ermənistan parlamenti oktyabrın 28-də bu layihə ilə bağlı ABŞ ilə əməkdaşlığa dair çərçivə sazişini təsdiqləyib. 63 deputat lehinə, 32 deputat isə əleyhinə səs verib. Bu marşrutun Azərbaycan Respublikasının əsas ərazisini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməsi nəzərdə tutulur.