Azərbaycan Respublikasının sərhədçiləri İrandan qaçaqmalçılıq yolu ilə keçirilmək istənilən 136 kiloqram 600 qram narkotik vasitə və 5 min 500 ədəd metadon həbini müsadirə ediblər. Ölkənin Dövlət Sərhəd Xidməti noyabrın 2-də, bazar ertəsi, bu yüklərin ölkəyə keçirilməsinin qarşısının alındığını açıqlayıb.
Narkotiklər üç ayrı halda, sərhədçilərin Horadiz sərhəd dəstəsinin xidmət ərazisində keçirdiyi əməliyyatlar zamanı aşkarlanıb. Müsadirə olunan həblər «Metadon M-40» növündə olub. Sərhəd Xidmətinin məlumatına görə, bu yüklərin hamısı qanunsuz dövriyyədən çıxarılıb.
Horadiz Füzuli rayonunda, Araz çayının və Azərbaycan Respublikasının İranla sərhəd zolağının yaxınlığında yerləşən şəhərdir.