İsrailin müdafiə qurumları İslam Respublikasının bu ölkənin ərazisinə və ABŞ-ın regiondakı obyektlərinə qəfil hücum edə biləcəyi ehtimalına görə yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə İsrail mediası noyabrın 2-də, bazar ertəsi xəbər verib.
ABŞ və İsrailin kəşfiyyat xidmətləri Tehranın mümkün hərbi əməliyyatından narahatdır. Xəbərdə bildirilir ki, İslam Respublikasının hücuma hazırlaşdığına dair əlamətlər aşkarlanarsa, Vaşinqton qabaqlayıcı zərbə endirməyi nəzərdən keçirə bilər.
Hələlik heç bir rəsmi şəxs İslam Respublikasının yaxın saatlarda hücum edəcəyini təsdiqləməyib. Gərginliyə baxmayaraq, Vaşinqtonla Tehran arasında diplomatik təmaslar davam edir.