ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İslam Respublikasına qarşı qəti hərbi üstünlüyə malik olduğunu və istədiyi zaman qarşıdurmaya son qoya biləcəyini bildirib.
Araz News-un «Amerikanın Səsi»nə istinadən verdiyi xəbərə görə, Tramp Kanzas ştatının Salina şəhərində keçirilən seçki mitinqində deyib: «Biz onlara hakim olmuşuq. İstədiyimiz zaman onları sıradan çıxara bilərik, amma hələlik bir az yumşaq davranmağa çalışırıq».
O, qarşıdurmanın sonunun yaxın olduğunu vurğulayaraq əlavə edib: «Məncə, onları sıradan çıxaracağıq və iş bununla bitəcək».
Tramp bundan əlavə ABŞ-ın İslam Respublikasının nüvə gücünü məhv etdiyini və Tehranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini iddia edib.