ArazNews
Ana Səhifə / Xəbər / ABŞ ordusunda Çin casus şəbəkəsi ifşa olunub; iki kəşfiyyat agentinə həbs cəzası
Xəbər

ABŞ ordusunda Çin casus şəbəkəsi ifşa olunub; iki kəşfiyyat agentinə həbs cəzası

ABŞ ordusunda Çin casus şəbəkəsi ifşa olunub; iki kəşfiyyat agentinə həbs cəzası

ABŞ-da məhkəmə Pekinin kəşfiyyat qurumu üçün gizli şəkildə işləyən və amerikalı hərbçiləri casusluğa cəlb etməyə çalışan iki Çin vətəndaşının hər birinə 30 ay həbs cəzası verib.

Araz News-un ABŞ Ədliyyə Nazirliyinə istinadən əldə etdiyi məlumata görə, 40 yaşlı Liren Lay və 39 yaşlı Yuanse Çen oktyabrın 30-da, cümə günü həbs cəzası ilə yanaşı, üç il nəzarət altında azadlıq müddətinə də məhkum ediliblər.

Məhkəmə sənədlərinə görə, bu iki şəxs 2021-ci ildən bəri Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi üçün işləyib, 10 min və 20 min dollarlıq məbləğlərin gizli şəkildə köçürülməsində rol oynayıblar.

Bundan əlavə, onlar Hərbi Dəniz Qüvvələrinin obyektlərinin, orduya yeni qəbul edilmiş əsgərlərin və amerikalı hərbçilərin fotolarını çəkib, casus şəbəkəsinə cəlb oluna biləcək potensial hədəflər haqqında məlumat toplayıblar.

Bu iki şəxs 2025-ci ilin iyununda saxlanılıb və məhkəmədə onlara qarşı irəli sürülən ittihamları etiraf ediblər.